Salyanda 53 yaşlı kişi intihar edib
Lent.az-ın məlumatına görə, hadisə rayonun Bəşirbəyli kəndində qeydə alınıb. Həmin kəndin sakini Məmmədov Əyyub Cüməli oğlu özünü yaşadığı evin həyətində yerləşən damın tavanından asaraq intihar edib. Onun ruhi xəstə olduğu qeyd edilir.
Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.