Ziya Məmmədovun meşədəki villasının yanması ilə bağlı RƏSMİ MƏLUMAT
20 fevral 2018 11:34 (UTC +04:00)

Ziya Məmmədovun meşədəki villasının yanması ilə bağlı RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi İsmayıllıda baş vermiş yanğınla bağlı məlumat yayıb. Lent.az nazirliyə istinadən xəbər verir ki, fevralın 19-da saat 2 radələrində İsmayıllı rayonunun Buynuz kəndində rayon sakini Ruslan Bəbirova məxsus evdə odun sobasına nəzarətsizlikdən yanğın baş verib. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanıq xəsarətləri almış R.Bəbirovun azyaşlı uşaqları - Ömər və Zeynəb xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

 

Qeyd edək ki, yanğın sabiq nəqliyyat naziri Ziya Məmmədovun Buynuz kəndindəki villasının həyətində gözətçi üçün tikilmiş evdə baş verib. 

 

 

***

 

19 fevral

 

 

İsmayıllı rayonunda fərdi yaşayış evi yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saat 4:00 radələrində rayonun Buynuz kəndində qeydə alınıb.

Hadisə zamanı ev içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanan evin sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu məlum olub.

Meşəlik və dağlıq ərazidə yerləşən, keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsus böyük həyətyanı sahədə inşa edilən evlərdən biri yanıb.

Yanğın Ziya Məmmədovun villasının yanında taxtadan müasir üslubda inşa edilən 3 otaqlı, bir mərtəbəli mənzildə baş verib.

Villanı mühafizə edən və həmin mənzildə yaşayan İsmayıllı rayonu Qubaxəlilli kənd sakini, 1987-ci il təvəllüdlü Bədirov Rəsul Zöhrab oğlu telefonla zəng edərək yanğın barədə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat verib.

Ümumi sahəsi 144 kvadratmetr olan mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə 2 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib. Hadisə zamanı ev içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb.

Buynuz kəndi rayon mərkəzindən 25 kilometr aralıda yerləşdiyi və yanğın barədə FHN-nə gec məlumat verildiyi üçün alovun qarşısını almaq çətin olub. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 361

Oxşar yazılar

Güləşçilərimiz Xorvatiyada daha 2 medal qazandı

Güləşçilərimiz Xorvatiyada daha 2 medal qazandı

9 fevral 2025 , 01:53
Bakıda AĞIR QƏZA

Bakıda AĞIR QƏZA

9 fevral 2025 , 00:56
Lənkəranda toydan çıxan müəllimi maşın vurdu

Lənkəranda toydan çıxan müəllimi maşın vurdu

9 fevral 2025 , 00:37
Bakıda zəncirvari qəza-YENİLƏNİB

Bakıda zəncirvari qəza-YENİLƏNİB

8 fevral 2025 , 21:43
Sumqayıtda ana və övladı  dərmandan zəhərləndi

Sumqayıtda ana və övladı dərmandan zəhərləndi

8 fevral 2025 , 20:13
Bakıda maşın kişini vurub öldürdü

Bakıda maşın kişini vurub öldürdü

8 fevral 2025 , 19:21
Hacıqabulda zəlzələ oldu

Hacıqabulda zəlzələ oldu

8 fevral 2025 , 19:17
Goranboyda yük maşını çaya aşdı, sürücü öldü

Goranboyda yük maşını çaya aşdı, sürücü öldü

8 fevral 2025 , 18:07