Zaqataladakı yanğın kənd sakininə ziyan vurdu
01 iyun 2014 13:00 (UTC +04:00)

Zaqataladakı yanğın kənd sakininə ziyan vurdu

Zaqatalada yanğın hadisəsi qeydə alınıb. APA TV-nin  məlumata görə, yanğın rayonun Göyəm kəndində, İlqar Muhuma  oğlu Ramazanovun yaşadığı evin həyətyani sahəsində tikilmiş, ümumi sahəsi 70 kvadrat metr olan mal tövləsində qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN)  Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində mal tövləsinin yanar konstruksiyaları və tövlənin çardağına yığılmış 200 ədəd ot bağlaması yanaraq yararsız hala düşüb. Yanğının genişlənərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı tövlədə olan iribuynuzlu mal-qara xilas edilib.  Faktla  bağlı FHN-nin  Zaqatala rayon DYMH-də araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1071

Oxşar yazılar