Yolu keçmək istədi, maşın vurub öldürdü
0
0
Gəncədə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Şəmkir rayon sakini, 46 yaşlı Malik Mikayılov idarə etdiyi "VAZ 2106" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Ramin Əliyar oğlu Abdullayevi vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisəni törədən sürücü saxlanılıb və onun izahatı alınıb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində aradırma aparılır.
0
0