Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, mayın 20-də Xəzər rayonu Şağan qəsəbə sakini Xəqani Çələbiyevin sərxoş halda həyətində yıxılması və aldığı xəsarətdən xəstəxanada ölməsi barədə verilmiş məlumatla əlaqədar 1-ci Polis Bölməsi əməkdaşları tərəfindən araşdırma aparılıb.
Aparılan araşdırmalar zamanı Bakı şəhər sakini Azad Məmmədovun münaqişə zəminində X. Çələbiyevi yumruqla vurması nəticəsində ölməsi müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə A. Məmmədov tutulub.
Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.