Yevlaxda mənzildən meyit tapıldı
29 avqust 2015 08:00 (UTC +04:00)

Yevlaxda mənzildən meyit tapıldı

0

Yevlaxda mənzildən meyit tapılıb

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yevlax şəhərində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

 

Xilasedicilər mənzilin giriş qapısını açıb, 1972-ci il təvəllüdlü Musayev Mansur Rüstəm oğlunun cəsədini aşkar edib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 06:32-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar