Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Lent.az-ın məlumatına görə, prosesdə sənədlərin tədqiqi davam etdirilib. Təqsirləndirilən Ağacan Məmmədovla bağlı sənədlər elan olunub.
Onun vəkili bildirib ki, müvəkkili “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri kimi göstərilib: "Lakin A. Məmmədov orada xidməti müqavilə ilə çalışıb". A. Məmmədov isə çıxışında 2013-cü ildə işdən çıxdığını deyib: "Mən bunun hüquqi tərəfini bilmirdim".
Proses dekabrın 12-nə təyin edilib.