Yağış yağacaq - YENİLƏNİB
21 may 2014 15:22 (UTC +04:00)

Yağış yağacaq - YENİLƏNİB

0

Mayın 22-də Bakıda və Abşeron yarımadasında  hava arabir tutulacaq,

21-dən 22-nə keçən gecə və səhər bəzi yerlədə yağış yağacaq. Mülayim şimal küləyi əsəcək. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib. Havanın temperaturu gecə 14-17, gündüz 22-27 dərəcə isti olacaq.

 

Azərbaycanın bəzi rayonlarında sabah şimşək çaxacaq və yağış yağacaq. Gündüz tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1763

Oxşar yazılar