Xoşqədəm Hidayətqızının ailəsində böyük faciə - TƏFƏRRÜAT-YENİLƏNİB
19 iyul 2013 12:26 (UTC +04:00)

Xoşqədəm Hidayətqızının ailəsində böyük faciə - TƏFƏRRÜAT-YENİLƏNİB

 

İyulun 18-də İsmayıllı rayonunda baş vermiş faciəvi hadisənin təfərrüatları və ölən yeniyetmələrin adları məlum olub. İsmayıllı rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Gəraybəyli kənd sakinləri 13 yaşlı Hakim Mustafayev və 14 yaşlı Bəxtiyar Abdullayev Girdiman çayının həmin kənd ərazisindən keçən hissəsində çimərkən boğulub. Hər iki yeniyetmənin meyiti sudan çıxarılıb və ailələrinə verilib. Yeniyetmələr dəfn edilib.

 

Lent.az-ın əldə etdiyi məlumata görə, ölən hər iki uşaq tanınmış teleaparıcı Xoşqədəm Hidaytətqızının yaxın qohumlarıdır. Uşaqlardan biri aparıcının bacısının oğludur. Digər yeniyetmə isə, X.Hidayətqızının bacısının baldızının oğlu olub. Məlumata görə, yeniyetmələr kənd yaxınlığındakı anbara buğda almağa gediblər. Ordan qayıdarkən uşaqlar çayda çimərək sərinləmək istəyiblər. Bu zaman onlardan biri boğulub. Həmin uşağı xilas etmək istəyən digəri də suda boğularaq ölüb.

 

 

 

 

 

*****

 

 

 

11:03

 

Tanınmış jurnalist, ATV-nin “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızına ağır itki üz verib.Lent.az-ın modern.az-a istinadən verdiyi məlumata görə, iyulun 18-də X.Hidayətqızının 13 yaşlı bacısı oğlu və onun 14 yaşlı digər qohumu Ağsu rayonunda göldə çimərkən boğulublar. 
Məlumatı saytımıza jurnalistin yaxınları veriblər.
Allah rəhmət eləsin.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11204
avatar

Nizam Rza

Oxşar yazılar