Daxili İşlər Nazirliyi balıqçı qayığının Xəzərdə aşması ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, dekabrın 21-də Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində qəsəbə sakini Mustafa Quliyev, Kotec qəsəbə sakini Bəndəli Əliyev və Şabran rayon sakini Salamat Qasımov balıq tutarkən qayıq aşıb. B.Əliyev digər balıqçılar tərəfindən xilas edilib. M.Quliyevin və S.Qasımovun tapılması istiqamətində tədbirlər görülür.
*****
11:23
Bu gün Fövqəladə Hallar Nazirliyinin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindən balıq tutmaq məqsədiylə dənizdə çıxmış şəxslərin batma ehtimalı ilə bağlı müraciət daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, həmin 2 nəfərin axtarışına nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri axtarışlara başlayıb. Əlavə məlumat veriləcək.