APA-nın xəbərinə görə, hadisə Cəmşid Naxçıvanski adına hərbi liseyinin yaxınlığında qeydə alınıb.
“H 022 817” dövlət nömrə nişanlı “KİA”nın sürücüsü idarəetməni itirərək “Opel”ə çırpılaraq yoldan çıxıb. Hadisə nəticəsində “KİA”nın sürücüsü bədən xəsarətləri alıb. O təcili yardım vasitəsi ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.
Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər. İlkin araşdırmalar nəticəsində məlum olub ki, “KİA”nın sürcüsü yağışlı havada sürət həddini aşıb, “Opel”in sürücüsü isə gözləmə nişanının tələbini yerinə yetirməyib.
“KİA” və “Opel” markalı maşınlar cərimə meydançasına aparılıb. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.