Xədicə İsmayılovanın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
01 avqust 2016 15:27 (UTC +04:00)

Xədicə İsmayılovanın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

0

 Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılovanın ölkədən çıxışının qadağan edilməsinə dair Binəqədi rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

 

 

APA-nın xəbərinə görə, hakim Vaqif Musaqulovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatlar dəqiqləşdirilib.

 

 

Məhkəmə baxışı avqustun 15-nə təyin olunub.

 

 

Prosesdə X. İsmayılova dövlət hesabına tutulan vəkil Mehran Kərimovdan imtina edib.

 

 

Qeyd edək ki, X. İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Ali Məhkəmə kassasiya şikayəti verən X. İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəzlənməsinə dair qərar qəbul edib və o, azadlığa buraxılıb. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib.

 
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 347

Oxşar yazılar