Xalq artisti Zərnigar Ağakişiyevanın ölümü ilə bağlı <span style="color:red;">ŞOK XƏBƏR  - <span style="color:red;">3 GÜN ƏVVƏL...
09 fevral 2018 10:20 (UTC +04:00)

Xalq artisti Zərnigar Ağakişiyevanın ölümü ilə bağlı ŞOK XƏBƏR - 3 GÜN ƏVVƏL...

Xalq artisti Zərnigar Ağakişiyevanın ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, Zərnigar Ağakişiyeva Yasamal rayonu, Hüseyn Cavid prospekti 709 ünvanındakı 19 mərtəbəli yeni tikilinin 3-cü mərtəbəsində yerləşən mənzildə tək yaşayırmış. Son iki gündə yaxınları onunla əlaqə saxlaya bilmədikləri üçün polisə müraciət edib. Həmin ünvana gələn polislər qapının arxadan bağlı olduğunu görüblər və aiddiyyəti üzrə FHN-in xilasetmə xidmətinə müraciət edilib. Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşları tərəfindən qapı açıldıqdan sonra 73 yaşlı aktrisanın vəfat etdiyi məlum olub. İlkin müayinə zamanı onun 3 gün əvvəl dünyasını dəyişdiyi müəyyənləşib.

 

Z.Ağakişiyevanın son illərdə xəstəlikdən əziyyət çəkdiyi bildirilir. O, xeyli vaxtdır həmkarları ilə ünsiyyətdən qaçırmış və özünə qapanıbmış.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 144
avatar

Nizam Rza

Oxşar yazılar