Xaçmaz rayonunda yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən m'lumatına görə, yanğın rayonun Qobuqqıraq kəndində (rayon mərkəzindən 5 km aralı) ümumi sahəsi 280 kv.m. (hər mərtəbəsi 140 kv.m.) olan ikimərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 140 kv.m. sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.