“Lamiyə işi”ndə ömürlük azadlıqdan məhrum edilmiş Vüqar Əliyevin əfv ərizəsi Əfv Məsələləri üzrə Dövlət Komissiyasına təqdim olunub.
Lent.az-ın “Qafqazinfo”ya istinadən xəbərinə görə, bu barədə onun vəkili Adəm Məmmədov sosial şəbəkədə məlumat verib.
Məsələ bağlı A. Məmmədov modern.az saytına açıqlamasında bildirib ki, Lamiyənin azad olunması sonun başlanğıcıdır:” Bu qərar hüquqlarını müdafiə etdiyim Vüqar Əliyev üçün də bir işıq yoludur. Hesab edirəm ki, Vüqarla bağlı da ədalət bərqərar olacaq. Böyük ehtimalla, Vüqar Əliyev də yaxın günlərdə azadlığa çıxacaq. Biz hamımız bunu arzu və ümid edirik”.