Milli Məclisin vitse- spikeri Valeh Ələsgərovun torpaq sahəsindən narkotik bitkilər aşkar edilib.
Moderator.az-ın xəbərinə görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşları Valeh Ələsgərovun doğulduğu Karayeri kəndində əməliyyat keçirib. Əməliyatçılar Valeh Ələsgərova məxsus olan torpaq sahəsində qardaşı Rasim Ələsgərovun sahibi olduğu yeməkxanada kibrit qutularında dolu olan bir neçə qutu marixuna aşkar edərək götürüb.
Samux polisinin əməliyatçıları restoranın ərazisindəki sahəyə baxış keçirərəkən, həmçinin, xususi qaydada becərilmiş olan 9 ədəd çətənə kolu aşkarlayarq maddi sübut kimi də götürülüb. Karayeri qəsəbəsində keçirilmiş əməliyyatla bağlı 4 nəfər kənd sakini barəsində Cinayət Məcələsinin 234-cü maddələri ilə cinayət işi qaldırılaraq, barələrində Samux Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Həbs edilənlərdən Samux rayonunda eləcə də ətraf rayonlarda “narkobaron” kimi tanınan Nazim adlı şəxs narkoticarətə rəhbərlik etməsi üzə çıxıb.
Mənbənin bildirdiyinə görə, polis Rasim Ələsgərovu saxlamayıb.
Onu da qeyd edək ki, vitse-spikerin torpağına bitişik sahədə də plantasiya aşkarlanıb. Həmin sahənin sahibi Vüqar Qoşqarov da azadlıqdadır.
Samux Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Babək Bağırov polis şöbəsinin rayonun Karayeri kəndində narkotik əməliyyatı keçirdiyini və bununla bağlı həbs edilənlərun olduğunu dəsdiqləyib: "Başqa bir söz deyə bilmərəm".