<span style="color:red;">Cəbrayılın icra başçısı danışdı : "Öz qohumlarıma demişəm ki, “axmaq, köpəkoğlu, burda nə axtarırsan?”
14 yanvar 2016 13:19 (UTC +04:00)

Cəbrayılın icra başçısı danışdı: "Öz qohumlarıma demişəm ki, “axmaq, köpəkoğlu, burda nə axtarırsan?”

Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev sosial şəbəkədə yayılmış videosundan danışıb.

 

İcra başçısı Lent.az-a açıqlamasında həmin videoda görüntülənən şəxsin özü olduğunu deyib: "Mən ora getmişdim, amma bilmirəm ki, orda kim qışqırır, kim-kimi söyür. Orda elə bir söyüş də olmayıb. Bir dənə “köpəkoğlu” sözü deyilib, vəssəlam. Öz qohumlarıma demişəm ki, “axmaq, köpəkoğlu, burda nə axtarırsan?” Orda heç camaat da yığışmamışdı. Öz qohumlarımdı, ərk edib demişəm. İçib piyan olub, kafedən çıxıb yığışmışdılar.  Mən dünən səhərdən bu işlə məşğulam, Cəbrayıl sakinlərindən də soruşmuşam, hamısı deyir ki, onlar bizim öz uşaqlarımızdı. Heç bir təhqir  olmayıb”.

 

M.Quliyev əlavə edib ki, qiymətlərin süni artımının qarşısının alınması istiqamətində tədbirlər görülür: “Dünən sahibkarlarla da profilaktik söhbət etmişik, süni qiymət artımına yol verməmələri tövsiyyə olunub. Dollarla gələn malın əlbəttə qiyməti qalxmalıdır. Kənd camaatının sahəsi var, malı var. Əkinlə-biçinlə məşğul olsunlar. Göy, soğan, kartof əksinlər. Mağazadan nə lazımdı ki? Bir dənə çay-qənddi də"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 551
avatar

Nizam Rza

Oxşar yazılar