Vəkil: Rauf Mirqədirova 7 gün icazə verilib
26 may 2014 12:31 (UTC +04:00)

Vəkil: Rauf Mirqədirova 7 gün icazə verilib

0

Dövlətə xəyanətdə ittiham olunaraq həbs olunan “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirova 7 gün atasının yas mərasimində iştirak etməyə icazə verilib.


 

Bu barədə APA-ya jurnalistin vəkili Fuad Ağayev bildirib.

 

Vəkilin sözlərinə görə, cinayət işinin istintaqını aparan müstəntiq onlara deyib ki, R. Mirqədirova yas mərasimində iştirak üçün 7 gün icazə verilib. Hazırda R. Mirqədirov atasının yas mərasimində iştirak edir. O, atasının 7 mərasimindən sonra təcridxanaya qaytarılacaq.

 

Xatırladaq ki, jurnalistin atası Həbibulla Mirqədirov mayın 24-də gecə saatlarında vəfat edib. Elə həmin gün R. Mirqədirova atasının dəfnində iştirakına icazə verilib.

 

Qeyd edək ki, R. Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. İş üzrə may;n 23-də R. Mirqədirovun atasının evində axtarış aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 750

Oxşar yazılar