Nardaran işi ilə bağlı Baş Prokurorluğa müraciət edildi
27 iyun 2016 16:11 (UTC +04:00)

Nardaran işi ilə bağlı Baş Prokurorluğa müraciət edildi

0

Nardaran hadisələri zamanı saxlanılan Taleh Bağırovun yaxın adamlarından hesab edilən Abbas Hüseynin vəkili Fariz Namazlı  Baş Prokurorluğa şikayət edib.

Lent.az-a bu barədə vəkilin özü məlumat verib.

F. Namazlı bildirib ki, artıq Nardaran hadisələri zamanı saxlanılan şəxslərin bir çoxu barəsində olan cinayət işinin istintaqı başa çatıb: “İttihamla vəkilləri tanış elədilər. Yalnız istintaq tərəfi iş materiallarının bəziləri vəkillərə verilməyib. Əsas gətirillər ki, sizə aidiyyatı yoxdur. Buna görə, prokurorluğa şikayət vermişəm”.

Qeyd edək ki, Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 355

Oxşar yazılar