Donetsk vilayətinin Snejnoye şəhərində terroristlər şəhər meriyasının rəhbəri vəzifəsinə namizədi girov götürüblər. APA TV-nin məlumatına görə, onlar həmçinin Donetskdə açılan yeganə seçki məntəqəsini zəbt ediblər. Onun açılmasından 10 dəqiqə sonra 17 nəfər silahlı şəxs maskalı şəkildə avtomobil və mikroavtobuslardan çıxaraq seçki məntəqəsinə hücum ediblər. Onlar komissiyanı yerindən qovublar. Luqanskda isə 12 dairədən yalnız 2-də səsvermə aparılır.