Ukraynada azərbaycanlı iş adamı itkin düşüb
06 yanvar 2018 13:29 (UTC +04:00)

Ukraynada azərbaycanlı iş adamı itkin düşüb

Ukraynanın Xarkov vilayətinin Krasnoqrad şəhərində azərbaycanlı sahibkar yoxa çıxıb.

 

APA-nın məlumatına görə, 1966-cı il təvəllüdlü iş adamı Süleyman Əhmədəliyev yanvarın 2-də şəhər ətrafındakı evindən çıxaraq, günün sonuna qədər qayıdacağını bildirib. Onun Donetsk istiqamətinə getdiyi, bir daha geri qayıtmadığı, o vaxtdan onunla əlaqənin itdiyi bildirilir.

 

S. Əhmədəliyev uzun müddət Xarkov şəhərində, vilayətin bir neçə şəhər sovetində çalışıb. Son zamanlar isə kənd təsərrüfatı sahəsində bizneslə məşğul olub.

 

Son bir neçə ildə Ukraynada 20-dən çox azərbaycanlı iş adamının oğurlandığı, bəzilərinin qətlə yetirildiyi bildirilir. Bununla bağlı ölkənin Baş Prokurorluğu cinayət işi qaldırsa da, nəticəsi yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 189
avatar

APA Baycan

Oxşar yazılar