
Türkiyəyə əməliyyata gedən polis-polkovniki vəfat etdi
0
0
Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin kadrlar şöbəsinin rəisi, polis polkovniki Azər Sadıqov vəfat edib.
Bu barədə APA-ya mərhumun qohumları məlumat verib. Onların bildirdiyinə görə, A.Sadıqov bir neçə gün əvvəl əməliyyat olunmaq üçün Türkiyəyə gedib. Polis-polkovniki Türkiyədə dünyasını dəyişib.
A.Sadıqovun meyiti bu gün Azərbaycana gətiriləcək. Mərhumun sabah dəfn olunacağı bildirilir.
Qeyd edək ki, A.Sadıqov Bakı Dövlət Universitetinin keçmiş rektoru, akademik Abel Məhərrəmovun kürəkənidir.
0
0