Türkiyədə Hərbi Akademiya azərbaycanlı şəhid məzunlarının xatirəsini əbədiləşdirib
0
0
Türkiyənin paytaxtı Ankarada yerləşən Kara Harp Okulunda (Quru Qoşunlar Akademiyası) Azərbaycandan olan şəhid məzunların xatirəsini əbədiləşdirmək məqsədilə löhvə asılıb.
ONA xəbər verir ki, vaxtilə Kara Harp Okulunda təhsil almış, Azərbaycanın torpaq bütünlüyü uğrunda şəhid olan dörd məzunun adı xatirə lövhəsinə yazılıb.
Xatirə lövhəsi Akademiyanın məzunu, hazırda Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədovun təşəbbüsü ilə asılıb.
0
0