Türkiyə qondarma rejimin Dağlıq Qarabağda keçirdiyi "seçkiləri" tanımadı
“Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqazda regional sabitliyə və inkişafa ən böyük əngəldir”.
Sentyabrın 8-də Ermənstanın işğal etdiyi Azərbaycan torpaqlarında qondarma rejimin keçirdiyi “yerli özünüidarəetmə seçkiləri” ilə bağlı Türkiyə XİN-in diplomatik mənbələrindən APA-nın yerli bürosuna bildirilən açıqlamada belə deyilib.
Açıqlamada qeyd olunub ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq hüquq və BMT müvafiq 4 qətnaməsi çərçivəsində, sülh şərtləri daxilində həll edilməsini arzu edir: “Bu baxımdan Türkiyə Ermənistanın qanunsuz olaraq zəbt etdiyi işğal altındakı Dağlıq Qarabağ ərazisində keçirilən “yerli seçkiləri” tanımır. Ona görə də Ermənistanın beynəlxalq hüquq normalarına zidd status-kvonu qanuniləşdirmək səylərini keçmişdə olduğu kimi, bu gün də qəbul etmirik və bu qanunazid addımların problemin həllinə heç bir faydası olmadığını bir daha bəyan edirik”.
560