TQDK: vaxt bu gün qurtardı
19 sentyabr 2013 10:02 (UTC +04:00)

TQDK: vaxt bu gün qurtardı

2013-2014-cü tədris ili üçün orta ixtisas təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisəsində qeydiyyatı bu gün saat 17:00-da başa çatır. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. Həmin vaxta  qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək . Həmin abituriyentlərin qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.   

 

 

# 653

Oxşar yazılar