Toydan sonra güllələnmə - <span style="color:red;">TƏFƏRRÜAT
17 mart 2014 10:25 (UTC +04:00)

Toydan sonra güllələnmə - TƏFƏRRÜAT

Martın 15-də Şəmkirin Qapanlı kəndində törədilmiş qətl hadisəsinin təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisədən bir gün əvvəl 1964-cü il təvəllüdlü Telman Əliyev oğluna toy edib. Məclisdə onun qonşusu, 1953-cü il təvəllüdlü Fədail Qurbanov da iştirak edib. Lakin F.Qurbanov toyda dava salıb. Məclis sahibi isə buna təmkinlə yanaşıb. Toyun sabahısı günü T.Əliyev qonşusu ilə məsələni aydınlaşdırmaq istəyib və F.Qurbanova məclisdə etdiyi hərəkətə görə irad tutub. T.Əliyev bir də belə hal təkrarlanarsa, qonşusunu öldürəcəyi ilə hədələyib. F.Qurbanov da öz növbəsində “öldürməyənin…” deyərək onu söyüb. Əsəblərinə hakim ola bilməyən T.Əliyev evə gedib və tüfəng gətirərək qonşusunu güllələyib. Boğaz və döş qəfəsi nahiyəsindən ağır xəsarət alan 61 yaşlı F.Qurbanov hadisə yerindəcə keçinib. Qətl törədən ata isə könüllü olaraq polisə təslim olub.

 

Lent.az-ın əldə etdiyi digər məlumata görə, qonşular arasında ədavət onların uşaq vaxtlarından olub. Bu səbəbdən T.Əliyev oğlunun toyuna Fədail Qurbanovu dəvət etməyib. Buna baxmayaraq, F.Qurbanov məclisə gedib. Ədavətin səbəbinə gəlincə, F.Qurbanovun uzun illər öncə T.Əliyevə qarşı cinsi zorakılıq hərəkətinin etməsi və buna görə zaman-zaman ona “mənim yanımda dilin yoxdu” deyə irad tutması göstərilir. Əsəb xəstəliyindən əziyyət çəkən T.Əliyev isə nəhayət qonşusunu öldürməyə qərar verib.

 

Qapanlı kənd sakinlərinin bildirdiyinə görə, qətl hadisəsindən sonra hər iki tərəfin ailə üzvləri və qohumları arasında gərginlik yaşanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5892
avatar

Nizam Rza

Oxşar yazılar