<span style="color:red;">Bacısının başını kəsən qardaş:  "Dəfələrlə xəbərdarlıq etmişdim"
23 iyun 2016 12:46 (UTC +04:00)

Bacısının başını kəsən qardaş: "Dəfələrlə xəbərdarlıq etmişdim"

4 gün əvvəl Tovuzda 17 yaşlı bacısının boğazını kəsən qardaş danışıb. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, qətlə yetirilən Günay Gülməmmədovanın qardaşı 1994-cü il təvəllüdlü Ruslan Gülməmmədov istintaqa ilkin ifadəsində bacısının boğazını kəsdiyini və qarın nahiyəsindən bıçaq zərbəsi endirdiyini bildirib və qətlin səbəbini də açıqlayıb:

 

“Bacımı qısqanclıq zəminində öldürmüşəm. Bir neçə dəfə onun telefonla danışdığını aşkarlamışam və xəbərdarlıq etmişəm. Lakin Günay bu xəbərdarlıqlara məhəl qoymadı. Hadisə baş verən gün günorta saatlarında Günay evimizin yaxınlığından keçən Əsrik çayının sahilinə getdi. Mən də onun ardınca getdim və onu öldürdüm”.

 

10: 49

İyunun 19-da Tovuzda törədilmiş qətlin üstü açılıb. Lent.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Əsrik çayının Tovuzun Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində meyiti tapılan 17 yaşlı  Günay Gülməmmədovanın qardaşı tərəfindən qətlə yetirildiyi məlum olub. Aşağı Quşçu kənd sakini 22 yaşlı Ruslan Gülməmmədov bacısını bıçaqla boğazını kəsərək öldürüb, çayın üzərindəki körpünün altına atıb. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. Ruslan Gülməmmədov saxlanılıb. Aşağı Quşçu Bələdiyyəsinin sədri Tofiq Hüseynov da faktı təsdiqləyib. 17 yaşlı qız orta məktəbin 9-cu sinfini bitirdikdən sonra təhsilini yarımçıq saxlayıb. Anası bir müddət əvvəl vəfat edib, taksi sürücüsü olan atası isə başqa qadınla ailə qurub.

 

*****

 

20 iyun

 

Dünən Tovuz rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Aşağı Quşçu kənd sakini, 17 yaşlı Gülməmmədova Günay Rafiq qızının qətlə yetirilməsi ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.

 

Lent.az-ın əldə etdiyi məlumata görə, naməlum şəxs və ya şəxslər G.Gülməmmədovanın boğazını kəsərək onu öldürüb. Gənc qızın meyiti Aşağı Quşçu kəndi yaxınlığında Əsrik çayının üzərindəki körpünün altına atılıb.

 

Bildirilir ki, 17 yaşlı qız keçən il orta məktəbin 9-cu sinfini bitirdikdən sonra təhsilini yarımçıq saxlayıb. Onun anası bir müddət əvvəl vəfat etdikdən sonra taksi sürən atası başqa qadınla ailə qurubmuş.

 

Hazırda hadisənin hansı şəraitdə, kim tərəfindən və nə səbəbdən törədilməsi araşdırılır.

 

*****

 

23:10

 

Tovuzda meyiti tapılan qadının kimliyi məlum olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə bu gün axşam saatlarında Əsrik çayının rayonun Aşağ Quşçu kəndi ərazisindən keçən hissəsində meyiti tapılan qadının Aşağı Quşçu kənd sakini, 1999-cu il təvəllüdlü Günay Rafiq qızı Gülməmmədova olduğu məlum olub. Onun bıçaqlanaraq qətlə yetirildiyi bildirilir.

 

Faktla bağlı Tovuz rayon Prokuroluğöunda cinayət işi açılıb araşdırma gedir.

 

***

 

Tovuzda naməlum qadın meyiti aşkarlanıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə bu gün axşam saatlarında Tovuzun Aşağı Quşçu kəndi yaxınlığında olan körpünün yaxınlığında naməlum qadın meyiti tapılıb. Dərhal Tovuz rayon Polis Şöbəsinə məlumat verilib.

 

Meyit mərkəzi rayon xəstəxananın morquna yerləşdirilib. Təxminən 35-40 yaşlarında olan qadın meyitinin şəxsiyyəti hələki məlum deyil.

 

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 744
avatar

Nizam Rza

Oxşar yazılar