Tovuzda bir mülki şəxs minaya düşüb
18 oktyabr 2015 21:11 (UTC +04:00)

Tovuzda bir mülki şəxs minaya düşüb

0

Tovuzda mal qara axtarışına çıxan bir mülki şəxs minaya düşüb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ağbulaq kəndi ərazisində baş verib.

 

Kənd sakini, 1987-ci il təvəllüdlü Elvin Qafarov gecə örüşdən geri qayıtmayan iri buynuzlu heyvanlarını axtarmağa gedərək çöllük ərazidə minaya düşüb. O, Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

 

Elvin Qafarov sol ayağından amputasiya olunub, sağ ayağında isə qəlpə yaraları var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar