Topaz Premyer Liqası: “Qarabağ” vahid lider oldu – NƏTİCƏLƏR - TURNİR CƏDVƏLİ
09 dekabr 2013 11:27 (UTC +04:00)

Topaz Premyer Liqası: “Qarabağ” vahid lider oldu – NƏTİCƏLƏR - TURNİR CƏDVƏLİ

Futbol üzrə Topaz Premyer Liqasında XVI tura yekun vurulub. Lent.az-ın məlumatına görə, turun 5 görüşündən 3-ü eyni hesabla yekunlaşıb.

 

AZAL autsayder “Rəvan”a məğlub olduğu matçı son dəqiqə qolları ilə qələbəyə çevirə bilib. “Qəbələ” də “Simurq”u uzatma dəqiqəsindəki qol sayəsində üstələyib. “Təyyarəçilər”in qəhrəmanı 4 dəqiqəyə “dubl” edən Şəhriyar Rəhimov olub. “Bakı” isə autsayder “Sumqayıt”la oyunda rəqibin qapısına 2, öz qapısına 1 top vurub. Həm rəqib, həm də öz qapısına qolun müəllifi Mario Alvarez olub. “Xəzər Lənkəran” yeni baş məşqçi Mustafa Dənizlinin rəhbərliyi altında ilk Premyer Liqa qarşılaşmasında “İnter”i səfərdə büdrədib.

 

Turun mərkəzi oyunu isə “ Qarabağ”la “Neftçi” arasında baş tutub. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matça azarkeş marağı elə də yüksək olmayıb. Bununla belə, 32 min nəfərlik stadiona soyuq havada gələn 1500 tamaşaçı və televiziya tamaşaçıları maraqlı görüşə şahidlik ediblər. Meydan sahibləri 3:1 hesablı vacib qələbə qazanaraq, vahid liderə çevriliblər. “Qarabağ”ın heyətində “dubl” edən Reynaldo Silva isə bombardirlər siyahısında 2-ci pilləyə yüksəlib. Ağdam komandasından daha bir qolun müəllifi penaltini dəqiq yerinə yetirən Çumbinyo olub. “Neftçi”də isə ardıcıl 3-cü oyunda müdafiəçi Karlos Kardoso fərqlənib.

 

8 dekabr

 

14:00. “Qəbələ” – “Simurq” (Zaqatala) – 2:1
Qollar:
 Daniel Subotiç, 52; 90+3 - Amid Quluzadə, 64-öz qapısına

  

AZAL (Bakı) – “Rəvan” (Bakı) – 2:1
Qollar:
 Şəhriyar Rəhimov, 90; 90+4 - Hüseyn Axundov, 50
 

“İnter” (Bakı) – “Xəzər Lənkəran” – 0:0
 

 “Sumqayıt” – “Bakı” – 1:2
Qollar:
 Mario Alvarez, 63-öz qapısına - Mario Alvarez, 5. Aleksandar Soliç, 49-penalti ilə 

Qırmızı vərəqə: Ruslan Qurbanov, 90+2 (“Sumqayıt”)
 

“Qarabağ” (Ağdam) – “Neftçi” (Bakı) – 3:1
Qollar:
 Reynaldo Silva, 6; 58. Çumbinyo, 73-penalti ilə - Karlos Kardoso, 56

 

Turnir cədvəli:

 

 

komanda

o

q

h

m

t

x

1

Qarabağ

16

9

6

1

28-9

33

2

Qəbələ

16

10

2

4

24-14

32

3

Neftçi

16

9

4

3

24-16

31

4

İnter

16

7

3

6

25-19

24

5

Bakı

16

7

3

6

27-18

24

6

AZAL

16

5

6

5

15-19

21

7

Simurq

16

4

7

5

13-14

19

8

Xəzər L

16

3

7

6

11-21

16

9

Rəvan

16

1

6

9

9-28

9

10

Sumqayıt

16

1

4

11

8-26

7

 

Bombardir: Vaqif Cavadov (“İnter”) – 8 qol.

 

# 884
avatar

Oxşar yazılar