Bir neçə gün əvvəl cəbhədə baş vermiş döyüş zamanı şəhid olan Azərbaycan ordusunun əsgəri Qurbanov Çingiz Salman oğlunun xatirəsi təhsil aldığı universitetdə də anılır. Lent.az xəbər verir ki, erməni təxribatının qarşısını alarkən şəhid olan və meyiti düşmən nəzarətindəki ərazidə qalan Ç.Qurbanovun fotosu Texniki Universitetin foyesində qoyulub.
Qeyd edək ki, Çingiz Qurbanov 1994-cü ildə Qusarın Həzrə kəndində anadan olub. O, ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb.