Tərtərdə maşın oğruları tutulub
04 iyun 2014 23:08 (UTC +04:00)

Tərtərdə maşın oğruları tutulub

Tərtərdə maşın oğurlayıb istintaqdan yayına bilən dostlar yaxalanıb.

Tərtər Rayon Polis Şöbəsindən APA-nın Qarabağ bürosuna verilən xəbərə görə, bu ilin mart ayının əvvəlində Bakıda yaşayan Ağdam rayon sakini Camal Vəliyev ona məxsus maşının Tərtərin İrəvanlı kəndi ərazisindən oğurlanması haqda polisə müraciət edib.

 

Tərtər RPŞ İstintaq Qrupunun rəhbəri, polis kapitanı Elvin Kərimov APA-ya bildirib ki, o vaxtdan aparılan araşdırmalar nəticəsiz qalsa da, sonda asayiş keşikçiləri təqsirkarları müəyyən edib yaxalayıblar.

 

Məlum olub ki, C. Vəliyevin 10 UM 278 nömrə nişanlı "Mercedes Benz" markalı avtomaşınını Bərdə rayon sakinləri Mehdiyev Elməddin Sabir oğlu və İsmayılov Ramal İbrahim oğlu oğurlayıb. Qaçırılmış nəqliyyat vasitəsinin yeri də müəyyən edilərək, maddi sübut kimi istintaqa təhvil verilib.

 

Faktla bağlı AR CM-nin 180-ci maddəsi ilə cinayət işi başlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 597
avatar

Oxşar yazılar