Sentyabrın 18-də Tərtər rayonunda bıçaqlanma hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Şıxarx qəsəbəsinin ərazisində rayon sakini Dilsuz Quliyev münaqişə zəminində qəsəbə sakini Elgün Xıdırova çoxsaylı bıçaq xəsarətləri yetirib hadisə yerindən qaçıb.
Faktla əlaqədar cinayət işi başlanıb. Tərtər RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.