Bakıda kombinat direktorunu öldürənlərin şəxsiyyəti açıqlandı - <span style="color:red;">YENİLƏNİB
26 yanvar 2016 11:10 (UTC +04:00)

Bakıda kombinat direktorunu öldürənlərin şəxsiyyəti açıqlandı - YENİLƏNİB

 

Bakıda taxıl kombinatının direktorunu qətlə yetirən şəxslərin adları məlum olub. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Hövsan qəsəbəsində 1963-cü il təvəllüdlü Bağırov Qabil Arif oğlunu qətlə yetirən şəxslərin Həsənov Ehtiram Hətəm oğlu, Hüseynova Mahnurə Heydərəli qızı və Əliyev Mübariz Soltanəli oğlu olması müəyyən edilib. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində onlar tutulublar.

 

Məlum olub ki, Hövsan qəsəbəsindəki evdə tək yaşıyan Q.Bağırovun M.Hüseynova ilə münasibəti olıub və qadının onun evinə gediş-gəlişi olub. Daha sonra M.Hüseynova tanışları ilə birgə plan quraraq Q.Bağırovu yaşadığı evdə qətlə yetirib.

 

O da məlum olub ki, hadisə tamah məqsədi ilə törədilib. Lakin cinayətkar qrup evdən planlaşdırdığı məbləğdə pul apara bilməyib. Çünki Q.Bağırov hadisədən əvvəl evdəki pullarını apararaq iş yerindəki seyfə yerləşdiribmiş.

 

Qeyd edək ki, yanvarın 8-də Q.Bağırov yaşadığı evdə çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib. Meyit müayinə olunarkən onun boğazında boğulmaya xas əlamətlər də aşkarlanıb.

 

 

*****

 

10:39

 

Bakıda Taxıl Kombinatının direktorunun qətlinin üstü açılıb.

Hüquq-mühafizə orqanlarındanAPA-ya verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb. Saxlanılanlardan biri qətlə yetirilən kombinat direktorunun tanışı Mahurə adlı qadındır. Həmin qadın Ehtiram və Mübariz adlı şəxslərlə əlbir olaraq məlum qətli həyata keçiriblər. 

 

Qeyd edək ki, hadisə yanvarın 8-də paytaxtın Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırov yaşadığı evdə qətlə yetirilib.

 

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.  

 

Qətlə yetirilən Q. Bağırov Taxıl Kombinatının direktoru olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 302
avatar

Nizam Rza

Oxşar yazılar

Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19
Bakıda BƏDBƏXT HADİSƏ:  Yeniyetmə məşqdə boğulub öldü

Bakıda BƏDBƏXT HADİSƏ: Yeniyetmə məşqdə boğulub öldü

14 dekabr 2024 , 03:10
Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

13 dekabr 2024 , 19:46
11 yaşlı məktəbli qız özünü asdı

11 yaşlı məktəbli qız özünü asdı

13 dekabr 2024 , 19:07
Evdə ana və 3 uşağının  meyiti tapıldı

Evdə ana və 3 uşağının meyiti tapıldı

13 dekabr 2024 , 18:15