Taxıl kombinatının direktorunu öldürənlərin şikayəti üzrə məhkəmə başlayıb
08 noyabr 2016 09:17 (UTC +04:00)

Taxıl kombinatının direktorunu öldürənlərin şikayəti üzrə məhkəmə başlayıb

“Bakı Taxıl Terminalı” Kombinatının direktoru Qalib Bağırovun qətlində təqsirləndirilən Ehtiram Həsənov, Mübariz Əliyev və Mahnurə Hüseynovanın birinci instansiya məhkəməsinin hökmündən verdikləri şikayət üzrə məhkəmə başlayıb. Lent.az- ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb. Məhkəmə baxış iclası noyabrın 17-nə təyin edilib.

 

Qeyd edək ki, bu il yanvarın 8-də “Bakı Taxıl Terminalı” Kombinatının direktoru Qalib Bağırovun üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bağlar” yaşayış massivindəki evində aşkarlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Ehtiram Həsənov, Mahnurə Hüseynova və Mübariz Əliyev tutulublar. Müəyyən edilib ki, həmin şəxslər Qalib Bağırovu yaşadığı bağ evində çoxsaylı xəsarətlər yetirməklə və iplə boğmaqla öldürüblər. Sonra mənzildə olan 300 manat, 30 avro, 10 dollar, 10.000 Belorus rublu, mərhuma məxsus gödəkcə və papağı, mobil telefon və planşeti götürərək hadisə yerindən gediblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər 3 şəxs 20 il müddətə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 187
avatar

Səlcuq Elçin

Oxşar yazılar