Tərtər polisi tarixi abidədə qazıntı işləri aparan şəxsləri saxlayıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən xəbərinə görə, Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 11-də rayonun Borsunlu kəndində yerləşən “Kurqan” adlanan tarixi abidədə qazıntı işləri aparmış Bərdə rayon sakinləri Elxan Qocayev, Fəxrəddin Məmmədov və Vahab Hüseynov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.