Xaçmazda tanışını döyə-döyə öldürməkdə təqsirləndirilən Tehran Quliyevin cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı dekabrın 29 təyin edilib.
Qeyd edək ki, bu il avqustun 4-də Xaçmaz rayonunun Gödəkli kəndində şəhər sakini, 1972-ci il təvəllüdlü Cəfər Hacıyevin üzərində zorakılıq əlamətləri (döyülmə xarakterli) olan meyiti tapılıb. Hadisədən 5 gün sonra Baş Cinayət Axtarışı İdarəsi və Xaşmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Xaçmaz rayon sakini T.Quliyev tutulub.