Yunusların məhkəməsi qeyri-müəyyən vaxta təxirə düşdü
25 may 2016 11:48 (UTC +04:00)

Yunusların məhkəməsi qeyri-müəyyən vaxta təxirə düşdü

0

 

Sülh və Demokratiya İnstitutunun  direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsində olan hökmdən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

 

Lent.az-a bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Vəkil qeyd edib ki, Leyla və Arif Yunus ölkədə olmadığı üçün proses qeyri-müəyyən günədək təxirə düşüb

 

Qeyd edək ki, Leyla və Arif Yunuslar Cinayət Məcəlləsinin 178.3.2-ci və digər maddələrinə əsasən ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 hökmü i Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

Bakı Apellyasiya Məhkəməsinin  keçirilən prosesində isə Leyla və  Arif Yunusun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib, Leyla Yunus barəsində təyin olunan 8 il 6 ay, Arif Yunus barəsində isə təyin olunan 7 il müddətində azadlıqdan məhrum etmə cəzası 5 il sınaq müddəti təyin olunmaqla şərti hesab edilib. Hər ikisi azadlığa buraxılıb.

 

Leyla və Arif Yunus barələrində bəraət hökmünün çıxarılması bağlı Ali Məhkəməyə kassasiya şikayəti verib.

 

 

Onu da qeyd edək ki, Yunuslar müalicə almaq üçün aprel ayında Hollandiyaya gediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar