Taksi sürücüsünü döyüb maşınını əlindən aldı
10 noyabr 2015 12:07 (UTC +04:00)

Taksi sürücüsünü döyüb maşınını əlindən aldı

0

Bakıda avtomobil oğurluğu olub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, oktyabrın 31-də Maştağa qəsəbəsində Beyləqan rayon sakini Zahir Həsənovun taksi fəaliyyət ilə məşğul olduğu «Opel Vectra» markalı avtomobilində naməlum sərnişin onu yumruqla üz nahiyəsindən vurub pulunu alıb. Həmin şəxs daha sonra avtomobili qaçırıb. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil noyabrın 1-də Nardaran qəsəbəsi Abşeron küçəsində saz vəziyyətdə tapılıb. Avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Ceyhun Mütəllimzadə noyabrın 9-da tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar