Tağı Əhmədov Akif Çovdarova qarşı iddia qaldırdı
10 noyabr 2016 11:06 (UTC +04:00)

Tağı Əhmədov Akif Çovdarova qarşı iddia qaldırdı

 

 

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov hazırda həbsdə olan Akif Çovdarova qarşı yeni iddia qaldırıb.

 

Lent.az-ın "Qafqazinfo"ya istinadən xəbərinə görə, T. Əhmədov Bakı Hərbi Məhkəməsinə müraciət edərək ləğv edilmiş MTN generalı Akif Çovdarova qarşı mülki iddia qaldırıb.

 

Tağı Əhmədov 2014-cü ildə A.Çovdarovun hədə-qorxu gələrək ondan aldığı 3 milyon manatın həbsdəki generaldan tutularaq geri qaytarılmasını istəyib.

 

İddia ərizəsi məhkəməyə daxil olub.

 

Qeyd edək ki, T.Əhmədov istintaqa ifadəsində həmin 3 milyonun "44 illik əmək haqqısı" olduğunu deyib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 347
avatar

Oxşar yazılar