Fevralın 25-i gecə saat 22-dən etibarən Dilarə Əliyeva küçəsinin Puşkin küçəsi ilə kəsişməsindən “Azərbaycan Dəmir Yolları” QSC-in qarşısınadək olan hissəsində avtomobillərin hərəkəti dayandırılacaq.
“Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, Asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya quyularının dəyişdirilməsi ilə əlaqədar 5-6 gün müddətinə həmin hissə bağlı olacaqdır. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.