Valyutadəyişmə məntəqəsində qətl törədəndən <span style="color:red;">YENİ XƏBƏR
06 mart 2015 15:24 (UTC +04:00)

Valyutadəyişmə məntəqəsində qətl törədəndən YENİ XƏBƏR

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cəzaçəkmə müəssisəsinin normal fəaliyyətini pozmaqda təqsirli bininən 1997-ci il təvəllüdlü Vaqif Səlimbəylinin cinayət işi üzrə məhkəmə prosesinə start verilib. Lent.az-ın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı martın 11-ə təyin edilib.

Qeyd edək ki, Vaqif Səlimbəyli cəzaçəkmə müəssisələrində normal fəaliyyəti dəfələrlə pozub. Onun barəsində Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisəsinin fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb.

Onu da qeyd edək ki, V. Səlimbəyli 14 yaşında adam öldürməkdə təqsirli bilinib. O, 2011-ci ilin 19 sentyabr tarixində Sumqayıt şəhərində valyutadəyişmə məntəqəsinin rəhbərini öldürməkdə təqsirli bilinib və 9 il müddətinə azadlıq məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 196
avatar

Səlcuq Elçin

Oxşar yazılar