Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb
01 sentyabr 2019 22:06 (UTC +04:00)

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

0

 

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Sahil küçəsində, Corat-Novxanı avtomobil yolunda qeydə alınıb. Belə ki, yolu keçmək istəyən piyada 1945-ci il təvəllüdlü Abbasov Oqtay Qəzənfər oğlunu avtomobil vurub. Aldığı bədən xəsarətlərindən piyada hadisə yerində dünyasını dəyişib.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 739

Oxşar yazılar