Sumqayıtda ağır qəza:<span style="color:red;"> qadın öldü
19 oktyabr 2015 15:51 (UTC +04:00)

Sumqayıtda ağır qəza: qadın öldü

Sumqayıt şəhərinin Yaşma qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 17-də saat 17 radələrində Sumqayıt şəhərinin Yaşma qəsəbəsində Şamaxı rayon sakini Azər Cəmiyevin idarə etdiyi “Fiat” və Bakı şəhər sakini Elməddin Həşimovun idarə etdiyi “Ford” markalı  avtomobillər toqquşub. Nəticədə A.Cəmiyevin sərnişini, Bakı şəhər sakini Həvayət Məmmədova hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

 

BDYPİ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 175
avatar

Oxşar yazılar