<b>Sumqayıtda ağır qəza:<span style="color:red;"> 1 ölü, 1 yaralı </b> - YENİLƏNİB
27 aprel 2016 12:55 (UTC +04:00)

Sumqayıtda ağır qəza: 1 ölü, 1 yaralı - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Sumqayıt şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 26-da saat 18 radələrində Sumqayıt şəhərində şəhər sakini Aynurə Abdullayeva idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən həmyerlisi Yusif Əliyevi vurub. Y.Əliyev hadisə yerində ölüb, A.Abdullayeva xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

 

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

 

 

*****

 

10:55

 

Sumqayıtda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Bakı-Quba magistralının 28-ci kilometrliyində, Sumqayıt şəhəri ərazisində "Daevoo" markalı 99 AC 263 dövlət qeydiyyat nişanlı avtomobil 62 yaşlı kişini. Ağır xəsarətlər alan kişi hadisə yerində ölüb, qadın isə xəstəxanaya aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 403
avatar

Nizam Rza

Oxşar yazılar