Dünən yollarda 4 nəfər ölüb
07 avqust 2019 12:59 (UTC +04:00)

Dünən yollarda 4 nəfər ölüb

Respublikanın daxili işlər orqanları avqustun 6-da gün ərzində törədilən 21 cinayətin üstünü “isti izlər”lə açıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub.
 
Axtarışda olduğuna görə ümumilikdə 27 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 465
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar