Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluq etməkdə təqsirləndirilən Orxan Mikayılov və Emin Balayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevin sərdliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə O.Mikayılov və E.Balayevin hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hər iki şəxs ötən il soyğunçuluq etməkdə sübhəli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham olunub.