Son 10 ildə 1781 vəzifəli şəxs barədə cinayət işi qaldırılıb
22 aprel 2015 10:55 (UTC +04:00)

Son 10 ildə 1781 vəzifəli şəxs barədə cinayət işi qaldırılıb

0

 

“Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yalnız 3 ayın hesabatını deyil, 10 il ərzində idarənin fəaliyyətinin hesabatını da hazırlayıb. Nəticələri təhlil etsək görərik ki, bu dövrdə 3 əsas mərhələni keçmişik. İlk dövrdə idarənin 40 əməkdaşı olub. 2011-ci ildə qanunlara edilmiş dəyişikliklərdən sonra iş təkmilləşdirilib və xeyli yeniliklər tətbiq edilib”.

 

 

Lent.az-ın məlumatına görə, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev 2015-ci ilin I rübündə görülmüş işlərə dair keçirilən mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, bu müddətdə İdarənin “qaynar xətt”i yaradılıb, ştat vahidi 40-dan 100-ə qaldırılıb və idarəyə əməliyyat axtarış statusu da verilib: “Nəhayət, 2014-cü ildə İdarəyə Baş İdarə statusunun verilməsini qeyd etmək istəyirəm. Bu idarə yarandığı gündən məhkəmələrə 1025 cinayət işi göndərilib. Onlardan 1781-i vəzifəli şəxslər barəsində, 68-i rüşvət alma, 133-ü səlahiyyətdən, 449-u qulluq mövqeyindən sui-istifadə ilə bağlı olub. Ümumilikdə 200 milyon manatdan çox ziyan vurulması üzə çıxarılıb. 173 milyonluq əmlak üzərinə həbs qoyulub və 122 milyon manatlıq ziyan ödətdirilib.

 

Son 10 ildə Baş idarənin əməliyyat qrupları tərəfindən 76 əməliyyat tədbiri həyata keçirilib”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar