1 milyon manatlıq oğurluqla bağlı <span style="color:red;">ŞOK FAKTLAR  - <span style="color:red;">YENİLƏNİB
02 iyun 2014 13:20 (UTC +04:00)

1 milyon manatlıq oğurluqla bağlı ŞOK FAKTLAR - YENİLƏNİB

Bir neçə ay əvvəl Abşeron rayonunda baş vermiş 1 milyon manatlıq oğurluq əməli ilə bağlı maraqlı faktlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Xırdalan şəhərində, Şamaxı şosesində yerləşən "Karat" un firmasının baş ofisindən külli miqdarda pul oğurluğuna görə, tutulmuş 1986-cı il təvəllüdlü Ramiz İmaməliyev pulun bir hissəsini avtomobillərə xərcləyib.

 

R.İmaməliyev istintaqa ifadəsində deyib ki, aprelin 11-nə keçən gecə ofisin damından keçərək seyfdəki 1 milyon manat pulu hissə-hissə çıxarıb. Daha sonra o, pulu bir neçə yerə ayırıb və 200 min amanatı Qobu qəsəbəsinin qəbiristanlığına gətirərək babasının baş daşının altına qoyub. 28 yaşlı oğlan yerdə qalan pula özünə son model "İnfiniti" markalı avtomobil alıb. Həmçinin "Mercedes" markalı başqa avtomobil də alaraq qardaşına hədiyyə edib.

 

Bundan başqa R.İmaməliyev demək olar ki hər gün şəhərin mərkəzindəki barlardan bir neçə qız götürərək Binəqədi rayonu ərazisindəki otel-restorana gətirirmiş və burada eyş-işrətlə məşğul olurmuş.

 

Hazırda R.İmaməliyev ətrafında araşdırmalar davam etdirilir.

 

 

*****

 

1 iyun, 16:20

 

Bu ilin aprelinin 11-də "Karmen" MMC un məmulatları şirkətinin Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi 23 ünvanında yerləşən baş ofisindən külli miqdarda pul oğurlanıb. Lent.az-ın axar.az-a istinadən məlumatına görə, polis 450 min manat məbləğində olan bu böyük oğurluq faktının üstünü açıb.

 

Abşeron RPŞ-dən bildirilib ki, aparılan əməliyyat axtarış tədbirləri nəticəsində mayın 23-də Qobu qəsəbə sakini, 1986-cı il təvəllüdlü İmaməliyev Ramiz Salman oğlu tutulub. Məlum olub ki, Səməd Vurğun küçəsi 41-də yaşayan R.İmaməliyev artıq 2 dəfə oğurluq maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub. "Karmen"də törətdiyi talan isə onun üçüncü oxşar əməlidir.

 
Faktın üstünün açılması nəticəsində daha bir maraqlı fakt da ortaya çıxıb. Belə ki, saxlanılan şəxs şirkətdən 450 min manat deyil, 1 milyon manat apardığını etiraf edib. Qısa müddət ərzində oğurladığı vəsaitin 600 min manatını əyləncə və qızlara xərclədiyini deyən R.İmaməliyev qalan 400 min manatın yerini də göstərib. Əməliyyatçılar pulun 200 min manatının qəbristanlıqda basdırıldığını öyrənib və R.İmaməliyevin nişan verdiyi yeri qazaraq gizlədilən pulu çıxarıblar. Hazırda məbləğin digər hissəsi və xərclənən pullarla bağlı araşdırmalar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14541

Oxşar yazılar

Şabranda maşın ağaca çırpıldı, iki qardaş öldü

Şabranda maşın ağaca çırpıldı, iki qardaş öldü

10 may 2025 , 14:04
Beyləqanda körpə öldü  - YENİLƏNİB

Beyləqanda körpə öldü - YENİLƏNİB

10 may 2025 , 13:56
Azərbaycanda itkin düşən  qadın kanalda BOĞULDU - YENİLƏNİB

Azərbaycanda itkin düşən qadın kanalda BOĞULDU - YENİLƏNİB

10 may 2025 , 10:48
Bakıda məktəbli qız YOXA ÇIXDI

Bakıda məktəbli qız YOXA ÇIXDI

10 may 2025 , 10:01
Bakı-Quba yolunda piyadanı maşın vurub öldürdü

Bakı-Quba yolunda piyadanı maşın vurub öldürdü

10 may 2025 , 09:56
Ayı meşə işçisini parçaladı

Ayı meşə işçisini parçaladı

10 may 2025 , 09:25
Kürün səviyyəsi qalxdı - Bu əraziləri su basdı

Kürün səviyyəsi qalxdı - Bu əraziləri su basdı

9 may 2025 , 22:25
Ağdaşda yanacaqdaşıyan maşın aşdı, iki yaralı - VİDEO

Ağdaşda yanacaqdaşıyan maşın aşdı, iki yaralı - VİDEO

9 may 2025 , 21:06