Ötən gün axşam saatlarında Siyəzən rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
APA-nın şimal bürosunun məlumatına görə, Siyəzən rayon sakini, 1997-ci il təvəllüdlü Fətəliyev Gündüz Adıgözəl oğlu bıçaqlanıb.
Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə gətirilən yaralıya qarnın ön divarının daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Əməliyyat olunan məktəblinin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Siyəzən rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ilə bağlı saxlanılan yoxdur.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.