Siyəzəndə 12 evin damı qarın ağırlığından çökdü
17 dekabr 2012 19:06 (UTC +04:00)

Siyəzəndə 12 evin damı qarın ağırlığından çökdü

0

Şimal bölgəsinə yağan güclü qar Siyəzən rayonunda fəsadlar törədib. Siyəzən rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, rayonun Zarat kəndində 11 fərdi yaşayış evinin damı çöküb. Həmin evlərdən 4-ü qəzalı vəziyyətə düşüb. Siyəzən rayonun Tağay kəndində isə bir evin damı çöküb. Ev qəzalı vəziyyətə düşüb.

 

İcra hakimiyyətindən bildiriblər ki, Tağay kəndindəki yaşayış evinin sakinləri təhlükəsiz yerə köçürülüb. Dəyən ziyanın aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1666

Oxşar yazılar